image-1backend

Türkiyədə dəhşətli avtobus qəzası, 6 ölü, 20 yaralı – FOTO

image-reklam_sirab_01

Aksaray-Ankara avtomobil yolunun Acıpınar kəndinin girişində avtobus idarəetməni itirərək aşıb. İlkin məlumata görə, qəza nəticəsində 6 nəfər ölüb, 20 nəfər yaralanıb.

Qəza səhər saat 07:00 radələrində Aksaray-Ankara avtomobil yolunun Acıpınar kəndinin girişində baş verib. Balıkəsirdən Nevşehirə gedən, nömrəsi və sürücüsü hələ müəyyən edilməyən sərnişin avtobusu sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.

İlkin məlumata görə, qəza nəticəsində 6 nəfər ölüb, çoxlu sayda insan yaralanıb. Qəza yerinə çoxlu sayda polis, təcili yardım və xilasetmə qrupları sövq edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki