Türkiyənin İzmir vilayətinin Torbalı şəhərində qaz sızmasının səbəb olduğu güman edilən partlayışda azı 4 nəfər ölüb, 20 nəfər yaralanıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə NTV telekanalı Torbalı merinə istinadən məlumat yayıb ki, partlayış nəticəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb, onlardan 10-u ağırdır.
Hadisə yerində araşdırmalar davam etdirilir. Partlayışın binanın altındakı restoranda baş verdiyi bildirilir.
Partlayışın gücündən ətrafdakı tikililərə, iş yerlərinə və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.