image-1backend

Türkiyədə  Diplomatik Forum keçiriləcək

image-reklam_sirab_01

Türkiyənin Antalya şəhərində Üçüncü Antalya Diplomatik Forumu (ADF) 2024-cü il 1-3 mart tarixlərində keçiriləcək.

ADF-nin “X” sosial media platforması hesabında edilən paylaşımda forumun keçiriləcəyi tarix açıqlanıb: “Regional, qlobal və tematik məsələlərin müzakirə olunacağı III Antalya Diplomatik Forumu 1-3 mart 2024-cü ildə olacaq. Sizinlə yenidən görüşməyi səbirsizliklə gözləyirik”.

Xatırladaq ki, martın 10-12 tarixlərində keçirilməsi planlaşdırılan ADF fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələlərdən sonra təxirə salınmışdı.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki