Türkiyənin 42 əyalətində keçirilən “Narkoçelik-37” əməliyyatı nəticəsində narkotik maddələrin qanunsuz satışı ilə məşğul olmaqda şübhəli bilinən 227 nəfər saxlanılıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkədəki səhifəsində bildirib.
Onun sözlərinə görə, əməliyyatda 567 ekipaj, 1 418 şəxsi heyət üzvü, 12 aviasiya qurğusu və 37 detektor it iştirak edib.
Nazir bildirib ki, əməliyyat nəticəsində 479 kq narkotik maddə və 160 min 967 ədəd narkotik həb ələ keçirilib.