image-1backend

Türkiyədə illik inflyasiya 49%-dən aşağı enib

image-reklam_sirab_01

Türkiyədə illik inflyasiya yenidən azalıb.

Vətəninfo.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) xəbər verir ki, cari ilin oktyabr ayında illik inflyasiya 48.58% təşkil edib. Sentyabr ayında bu rəqəm 49.38% təşkil etmişdi. Oktyabr ayında istehlak qiymətləri əvvəlki aya görə 2.88%, 2024-cü ilin əvvəli ilə müqayisədə isə 39.77% artıb.

Qeyd edək ki, əvvəlki ilin oktyabr ayına nisbətən ən az artım göstərən əsas qrup 26.14%-lə nəqliyyat qiymətləri, ən çox artım qeydə alınan əsas qrup isə 93.66%-lə təhsil qiymətləri olub.

Xatırladaq ki, Türkiyədə inflyasiya 2022-ci ilin oktyabrında son 24 ilin ən yüksək səviyyəsinə – 85,5%-ə çatmışdı, cari ildə isə bu göstəricinin ən yüksək səviyyəsi – 75.45%-lə may ayında qeydə alınıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image