image-1backend

Türkiyədə illik inflyasiya azalmağa başlayıb

image-reklam_sirab_01

Türkiyədə illik inflyasiya iyun ayında 71,6%-ə enib.

Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) məlumat yayıb.

May ayında bu rəqəm 75,45 % təşkil edib.

Məlumata görə, iyun ayında istehlak qiymətləri indeksi əvvəlki aya görə 1,64%, 2024-cü ilin əvvəli ilə müqayisədə isə 24,73% artıb.

Ötən ilin eyni ayına nisbətən ən az artım 51,20% ilə geyim və ayaqqabı qiymətlərində, ən çox artım qeydə alınan əsas qrup isə 107,11% ilə təhsil sektoru olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki