Vətəninfo.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) xəbər verir ki, cari ilin yanvarayında illik inflyasiya 42.12% təşkil edib. Ötən ilin dekabr ayında bu rəqəm 44.38% təşkil etmişdi. Yanvar ayında istehlak qiymətləri əvvəlki aya görə 5.03% artıb.
Qeyd edək ki, əvvəlki ilin yanvar ayına nisbətən ən az artım göstərən əsas qrup 23.14%-lə nəqliyyat qiymətləri, ən çox artım qeydə alınan əsas qrup isə 99.93%-lə təhsil qiymətləri olub.
Xatırladaq ki, Türkiyədə inflyasiya 2022-ci ilin oktyabrında son 24 ilin ən yüksək səviyyəsinə – 85,5%-ə çatmışdı, ötən il isə bu göstəricinin ən yüksək səviyyəsi – 75.45%-lə may ayında qeydə alınıb.