Türkiyədə İranın təhlükəsizlik orqanları tərəfindən axtarışda olan, kürd silahlı qruplaşmasının üzvü olduğu bildirilən şəxs saxlanılıb.
Vətəninfo.az xəbər verir ki, İran tərəfi saxlanılan şəxsin uzun illər sözügedən qruplaşmanın üzvü olduğunu və Avropada sığınacaq almağı planlaşdırdığını iddia edib.
Məlumata əsasən, o, qruplaşmanın üzvlərini müxtəlif fəaliyyətlərə cəlb edərək Molotov kokteylləri və partlayıcı maddələrdən istifadə etməklə yanğınlar törədilməsini, dövlət əleyhinə şüarların yazılmasını, eləcə də mağaza və evlərə daş atılmasını təşkil edib.
İran tərəfi həmçinin saxlanılan şəxsin 22 yaşlı Məhsa Əmininin ölümündən sonra 2022-ci ildə ölkədə başlayan etiraz aksiyalarının təşkilatçılarından və fəal iştirakçılarından biri olduğunu bildirib.
Saxlanılan şəxsin yaxın vaxtlarda İrana təhvil veriləcəyi gözlənilir.


























