image-reklam-veteninfo
image-1backend

Türkiyədə kütləvi zəhərlənmə: 600-ə yaxın insan xəstəxanaya yerləşdirilib

image-reklam-veteninfo

Türkiyənin Kocaeli vilayətində 650-yə yaxın vətəndaş toyuq şavarmasından zəhərlənib.

Vətəninfo.az xəbər verir ki, bu barədə regional hakimiyyət orqanları məlumat yayıb. Bundan əvvəl KİV-lər Körfəz rayonundakı şaurma restoranında 300 müştərinin ürək bulanması və mədə ağrısından şikayət etdiyini yazmışdı.

“Zəhərlənmə şikayəti ilə rayon xəstəxanalarına ümumilikdə 648 nəfər daxil olub, onlardan 646-sı evə buraxılıb, iki nəfərin müalicəsi davam etdirilir, həyatları təhlükəsi yoxdur”, – deyə məlumatda bildirilir.

Hadisə ilə bağlı iki nəfər saxlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki