image-11backend

Türkiyədə mədəsində narkotik daşıyan iranlı həbs edildi 

image-reklam_sirab_01

Türkiyənin Ərzurum bölgəsində saxlanılan 30 yaşlı iranlı kişinin mədə və bağırsağında təxminən 700 qram tiryək və sintetik narkotik aşkarlanıb.

Vətəninfo.az xəbər verir ki,  təhlükəsizlik xidmətinin əməkdaşları 30 yaşlı iranlıdan şübhələndikdən sonra onu xəstəxanaya aparıblar və rentgen aparatı ilə müəyyən edilib ki, o, 95 kapsulda 700 qrama yaxın narkotik maddəni udaraq mədə və bağırsaqlarında gizlədib.

Qeyd edək ki, Türkiyədə bu növ maddələr qadağandır və İranla müqayisədə qiymətləri də çox bahadır. Həmin maddələrin qaçaqmalçılıq yolu ilə Türkiyəyə aparılması isə bəziləri üçün çox sərfəlidir və ondan gəlir əldə etmək həvəsinə düşürlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki