Türkiyənin Muğla vilayətinin Milas bölgəsində baş verən meşə yanğınları ilə mübarizə davam edir.
Bu barədə Türkiyə KİV xəbər verir.
Məlumata görə, yanğının söndürülməsinə 6 təyyarə, 8 helikopter, çoxsaylı yanğınsöndürmə maşınları və jandarma cəlb edilib.
Yanğının təhlükə yaratdığı 1 kənd boşaldılıb.
Qeyd edilir ki, hazırda yanğının başvermə səbəbləri araşdırılır.