image-reklam-veteninfo
image-1backend

Türkiyədə müxalifət yenidən kütləvi etiraz aksiyalarına başlayıb

image-reklam-veteninfo

Reuters xəbər verir ki, Türkiyədə müxalifət yenidən kütləvi etiraz aksiyalarına başlayıb.

Sentyabrın 15-də keçiriləcək məhkəmə iclası ərəfəsində ana müxalifət olan Cümhuriyyət Xalq Partiyasının (CHP) 50 minə yaxın tərəfdarı Ankarada meydana toplaşıb.İclasda partiyanın sədri Özgür Özəli seçdiyi siyasi partiyanın 2023-cü ilin noyabrında keçirilən qurultayının nəticələrinin ləğvi məsələsi müzakirə olunacaq. O, tutduğu vəzifədən uzaqlaşdırıla bilər. Partiya səslərin saxtalaşdırılması ilə bağlı iddiaları rədd edir və işi siyasi motivli adlandırır.

Özgür Özəl mitinqdə çıxışı zamanı “Bu iş siyasidir. İttihamlar böhtandır. Dostlarımız günahsızdır. Baş verənlər gələcək prezidentə, gələcək hökumətə qarşı yönəlmiş çevrilişdir. Biz müqavimət göstərəcəyik” deyib.

Müxalifət 2024-cü il yerli seçkilərdə prezident Rəcəb Tayyib Ərdoğanın Ədalət və İnkişaf Partiyasını məğlub edib və ictimai rəy sorğularında irəliləyiş əldə edir.

Ötən il ərzində korrupsiya araşdırmaları zamanı siyasi təşkilatın 500-dən çox üzvü həbs edilib. Mart ayında dövlət başçısının əsas siyasi rəqibi İstanbul meri Əkrəm İmamoğlunun həbsi də Türkiyədə kütləvi etiraz dalğasına səbəb olub.

Əkrəm İmamoğlunun 2025-ci il martın 19-da həbs edilməsi Türkiyədə də kütləvi etirazlara səbəb olub. Bir neçə gün sonra siyasətçi vəzifəsindən uzaqlaşdırılıb və rüşvətxorluqda ittiham olunub. İyul ayında o, bir il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

2028-ci ildə Türkiyədə prezident seçkilərində53 yaşlı İmamoğlu Rəcəb Tayyib Ərdoğanın əsas rəqibi hesab olunur.

Ölkənin əsas müxalifət partiyası Əkrəm İmamoğlunun qarşıdan gələn seçkilərdə prezidentliyə namizədliyini dəstəkləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki