Bu gün səhər saatlarında Ankarada Türkiyə tarixində ən böyük narkotiklə mübarizə əməliyyatı keçirilib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəhbəri Yerlikaya məlumat verib. O qeyd edib ki, Türkiyə paytaxtında 626 ünvanda eyni vaxtda keçirilən reydlər nəticəsində 525 nəfər saxlanılıb.
Əməliyyatda 4768 polis əməkdaşı, 40 xüsusi təlim keçmiş axtarış iti, 4 pilotsuz uçuş aparatı və hava dəstəyi bölmələri iştirak edib.