image-1backend

Türkiyədə neft hasilatını rekord həddə çatdırdı

image-reklam_sirab_01

Türkiyədə neft hasilatının həcmi tarixi maksimuma – sutkada 107 min 621 barrelə yüksəlib, eyni zamanda qaz istehsalı gündə 7 milyon 609 min 427 kubmetr həddə çatdırılıb. Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyə Energetika və Təbii Ehtiyatlar Nazirliyinin məlumatında deyilir.

Energetika naziri Alparslan Bayraktarın sözlərinə görə, cari il Türkiyə neft-qaz sənayesinin maksimal inkişaf dövrü elan olunub. Ölkədə neftin əksər hissəsini (sutkada 95 min barreldən artıq) TPAO şirkəti hasil edir.

Qaz hasilatı ilə bağlı energetika naziri onu da deyib ki, təkcə Qara dənizin Türkiyə sektorundakı “Sakarya” yatağında gündəlik 146 min 886 kubmetr qaz çıxarılır.

A.Bayraktar Türkiyənin enerji asılılığını minimuma endirmək məqsədinə doğru inamla irəlilədiklərini vurğulayaraq bildirib: “Biz həm quruda, həm də dəniz zonasında yeni yataqların işlənməsinə səy göstəririk. Əminəm ki, neft və qaz hasilatının həcmi bundan sonra da artmaqda davam edəcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki