image-1backend

Türkiyədə polisə silahlı hücum edənlər həbs edildi

image-reklam_sirab_01

Türkiyənin İzmir şəhərində üç polis əməkdaşının yaralanması ilə bağlı aparılan araşdırma çərçivəsində 11 şübhəli saxlanılıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, istintaq davam edir.

Məlumata görə, yaralanan polis əməkdaşlarının həyatı üçün təhlükə yoxdur.

Qeyd edək ki, hadisə Seferihisar rayonunda qeydə alınıb. Silahlı insidentin baş verdiyi əraziyə polis əməkdaşları göndərilib. Asayiş keşikçiləri hadisə yerinə çatanda onlara silahlı hücum olub. Hücum zamanı 3 nəfər yaralanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image