Egey dənizinin Türkiyənin Bodrum sahillərinə düşən ərazisində qaçaq miqrantları daşıyan rezin qayıq batıb.
Hadisə nəticəsində 14 nəfər ölüb.
Ərazidəki axtarış-xilasetmə işlərinə dörd Sahil Mühafizə qayığı, Sahil Mühafizə dalğıc qrupu, helikopter və çoxsaylı heyət cəlb olunub.
İki nəfərin xidmət əməkdaşları tərəfindən xilas edildiyi bildirilir. İtkin düşdüyü ehtimal olunan daha 2 şəxsin axtarış-xilasetmə işləri davam edir.


























