image-1backend

Türkiyədə qədim yaşayış yeri tapıldı

image-reklam_sirab_01

Türkiyədə qədim yaşayış yeri tapılıb. Vətəninfo.az xəbər verir ki, Boluda tikinti şirkətinin apardığı qazıntılar zamanı  Roma dövrünə aid hamam tapılıb.
Şəhərin tarixi yaşayış massivlərindən biri olan və 3-cü dərəcəli mühafizə zonası sayılan Akpınar rayonu Mumcuoğlu küçəsindəki boş torpaq sahəsində yaşayış binasının tikintisi üçün qazıntı işləri aparılıb.

Tikinti işləri zamanı tarixi binaların qalıqları aşkar edilib.

Arxeoloqlar tərəfindən aparılan araşdırmalardan sonra ərazidə ətraflı arxeoloji qazıntılara başlanılıb.

image-2

Təxminən bir aya yaxın davam edən qazıntılar zamanı Roma dövrünə aid olduğu düşünülən hamam aşkar edilib. Hamamda əl ilə işlənmiş keramika məmulatları da aşkar edilmişdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki