Diyarbəkirin Bağlar rayonunda terror tərəfdarı qrup bələdiyyənin zibil yığan maşınının qarşısını kəsərək yandırıb.
Vətəninfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə, səhər saatlarında mərkəz Bağlar mahalı, Kayanartepe Məhəlləsi 251. Küçədə meydana gəlib.
Əldə edilən məlumata görə, səhər saatlarında məhəllədə zibil toplamaq üçün ara küçələrə daxil olan bələdiyyənin zibilyığan maşını və əməkdaşlarının qarşısı maskalı terror tərəfdarı qrup tərəfindən kəsilib. Daha sonra separatçı terror təşkilatı PKK lehinə şüarlar səsləndirən qrup havaya atəş açıb, şəxsi heyəti yerə endirərək maşını yandırıb.
Xəyanətin ardından hadisə yerinə yanğınsöndürmə idarəsi və çoxlu polis əlavələri göndərilib.


























