Türkiyənin Antalya şəhərində baş verən güclü tornado faciəyə səbəb olub.
Vətəninfo.az xəbər verir ki, təbii fəlakət nəticəsində müvəqqəti işçi sığınacaqları və tikinti kranı dağılıb. Hadisə zamanı 4 nəfər həyatını itirib, 1 nəfər isə yaralanıb.
Hadisə Antalya şəhərinin Fevzi Çakmak rayonunda, tikinti sahəsində qeydə alınıb. Tornadonun zərbəsindən tikinti ərazisindəki müvəqqəti işçi sığınacaqları dağılıb, kran isə aşaraq ciddi dağıntıya səbəb olub.
Məlumata görə, tikinti sahəsinin yaxınlığında yerləşən binalara ziyan dəyməyib.
Qeyd edək ki, Türkiyə Meteorologiya Xidməti bölgədə güclü yağışlarla əlaqədar daha əvvəl sarı hava xəbərdarlığı elan etmişdi.


























