Türkiyənin cənubunda yerləşən Adana vilayətində 5,0 bal gücündə zəlzələ baş verib.
Vətəninfo.az xəbər verir ki, Türkiyə Fövqəladə Halların nəticələrinin aradan qaldırılması departamentinin (AFAD) məlumatına görə, yeraltı təkanlar saat 21:07-də Kozan rayonunda baş verib.
Zəlzələnin ocağı 20,13 km dərinlikdə yerləşib.