image-reklam-veteninfo
image-1backend

Türkiyədə zəlzələ olub

image-reklam-veteninfo

Türkiyənin şimal-şərqindəki Gümüşhane şəhərində 4,2 maqnitudalı zəlzələ olub.

Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla 06:09-da (Bakı vaxtı ilə 07:09) qeydə alınmış yeraltı təkanların episentri şəhərin Kelkit rayonunda yerləşib. Zəlzələnin ocağı 5,09 km dərinlikdə olub.

Dağıntı və tələfat barədə məlumat verilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki