image-1backend

Türkiyədən 3,4 milyard dollarlıq təzə meyvə-tərəvəz ixrac edilib

image-reklam_sirab_01

Ötən il Türkiyədən 3,4 milyard dollarlıq təzə meyvə-tərəvəz ixrac edilib.

Vətəninfo.az xəbər verir ki, Aralıq dənizi Təzə Meyvə və Tərəvəz İxracatçıları Birliyinin sədri Ferhat Gürüz verdiyi açıqlamada keçən il beynəlxalq bazarlarda 4 milyon 193 min ton məhsulun qiymətləndirildiyini bildirib.

F.Gürüz “Sözügedən dövrdə 476 milyon dollarla naringi birinci, 427 milyon dollarla pomidor ikinci, 357 milyon dollarla limon üçüncü yeri tutub. Keçən il ixracat həcmində ən çox artım kartof, gavalı, şaftalı, portağal, ərik, nar və əncirdə olub.

Sektorumuzun ən çox ixrac etdiyi ölkələr siyahısında ilk üçlük Rusiya, Almaniya və Rumıniyadır. Rusiyaya 872,3 milyon dollar, Almaniyaya 354 milyon dollar, Rumıniyaya 289 milyon dollarlıq ixrac reallaşdırmışıq. 2024-cü ildə ixrac həcmində ən çox artım əldə etdiyimiz ölkələr İraq, Gürcüstan və Səudiyyə Ərəbistanı olub” deyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image