image-1backend

Türkiyəli iş adamı Ruben Vardanyanın bankını ALDI

image-reklam_sirab_01

“Bank of Georgia”nın sahibi olan “Bank of Georgia Group PLC” Ermənistanın ən böyük banklarından biri olan “Ameriabank”ın 100%-lik səhmlərini aldığını elan edib. Vətəninfo.az xəbər verir ki, buu barədə “Bank of Georgia” şirkətinin mətbuat xidməti məlumat yayıb.

Gürcüstan tərəfinin 303,6 milyon dollar ödəyəcəyi qeyd olunur.

“Sövdələşmə yekunlaşdıqdan sonra “Ameriabank” mövcud rəhbərliklə qrupun bir hissəsi kimi fəaliyyətini davam etdirəcək. Eyni zamanda, şirkət öz brendini qoruyub saxlayacaq”, – mesajda deyilir.

Xatırladaq ki, hazırda “Ameriabank”ın səhmdarları “İmast Group” şirkəti (keçmiş “Ameria Group”, səhmlərinin 48,82%-i Ruben Vardanyan tərəfindən təsis edilib), Avropa Yenidənqurma və İnkişaf Bankı (17,71%), Asiya İnkişaf Bankı bankıdır. (13,91%), həmçinin “Ameria Group”un bir sıra menecerlərinin daxil olduğu “ESPS Group” (12,05%).

Onu da qeyd edək ki,  “Bank of Georgia”nın səhmdarları arasında 3  Türkiyə vətəndaşı var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki