image-655082f2aeb57backend

Türkiyəli nazir: ”Terrorçuların yuvalarını bir-bir dağıtmağa davam edirik”

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Türkiyənin daxili işlər naziri Əli Yerlikaya separatçı terror təşkilatı PKK-ya qarşı 12 vilayətdə keçirilən “Qəhrəmanlar” əməliyyatında 42 mağara, sığınacaq və anbarın məhv edildiyini bildirib.
Əli Yerlikaya rəsmi internet səhifəsində etdiyi paylaşımda terrorçuların yuvalarını bir-bir dağıtmağa davam etdiklərini qeyd edib.
Türkiyənin daxili işlər naziri separatçı terror təşkilatı üzvlərinin qış aylarında sığınmaq üçün hazırladıqları mağara və sığınacaqların məhv edilməsi məqsədilə həyata keçirilən “Qəhrəmanlar” əməliyyatında terrorçulara məxsus çox sayda mağara, sığınacaq və anbarın məhv edildiyi barədə məlumat verib.
”Terrorla mübarizəmiz son terrorçu zərərsizləşdirilənə qədər qətiyyətlə davam edəcək”,-Əli Yerlikaya vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki