image-99999backend

Türkiyəni Avropada görmək istəmirlər -Peskov

image-reklam_sirab_01

Türkiyəni Avropada görmək istəmirlər və Ankara bunu bilir.
Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Türkiyə Qərbə yönələ bilər, biz bilirik ki, Türkiyə Cümhuriyyətinin tarixində Qərbə istiqamətlənmənin intensiv olduğu dövrlər də olub, daha az intensivlik dövrləri də olub.

Amma biz onu da bilirik ki,  heç kim Türkiyəni Avropada görmək istəmir, mən avropalıları nəzərdə tuturam. Burada türk həmkarlarımız da yəqin ki,  biz hər şeyi onların adı ilə çağırmalıyıq”, – Peskov jurnalistlərə deyib.

Rusiya Federasiyası ilə Türkiyə arasında əməkdaşlığı şərh edən Kreml sözçüsü xatırladıb ki, fikir ayrılıqları var, lakin münasibətlərin hər iki ölkənin maraqlarına uyğun olan hissəsi də var və Moskva dialoqu inkişaf etdirmək niyyətindədir.

“Ona görə də bir daha təkrar edirəm, bütün məlum fikir ayrılıqları olduğu halda biz Türkiyə Respublikası ilə dialoqumuzu, əlaqələrimizi bizim üçün faydalı və onlar üçün faydalı olan yerdə inkişaf etdirmək niyyətindəyik”, – Peskov jurnalistlərə bildirib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki