image-1backend

Türkiyənin ABŞ-a ixracı artıb

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Türkiyənin keçən il ixracatını ən çox artırdığı ölkə 1 milyard 256 milyon dollarla ABŞ olarkən, bu ölkəyə ixrac 13 milyard dolları keçib.

Türkiyə İxracatçılar Məclisinin məlumatına görə, Türkiyənin keçən il ixracatını ən çox artırdığı ölkə ABŞ olub.

Türkiyənin bu ölkəyə ixracatı keçən il ilə müqayisədə 1 milyard 256 milyon dollar artıb.

İxrac artımına görə ABŞ-ı 1 milyard 254 milyon dollarla Böyük Britaniya, 997,9 milyon dollarla Rumıniya, 958,8 milyon dollarla İraq və 879,2 milyon dollarla İtaliya izləyib.

Ötən il ABŞ-a 13,4 milyard dollar, Böyük Britaniyaya 12,7 milyard dollar, İtaliyaya təxminən 12 milyard dollar, İraqa 10,7 milyard dollar və Rumıniyaya 7,5 milyard dollarlıq ixrac rellaşdırılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image