image-1backend

Türkiyənin beş şəhərində İŞİD-ə qarşı əməliyyat keçirilib

image-reklam_sirab_01

Türkiyənin İzmir, Rize, İstanbul, Tokat və Kocaeli şəhərlərində İŞİD terror qruplaşmasına qarşı eyni vaxtda beş əməliyyat keçirilib.

Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, əməliyyat nəticəsində 30 şübhəlidən 29-u saxlanılıb. Onlardan 18-i isə məhkəmənin qərarı ilə həbs olunub.

Ayrı-ayrı ünvanlarda həyata keçirilən axtarış tədbirləri nəticəsində 36 kitab, 3 qeyd dəftəri, 1 tapança, 1 ov tüfəngi və çoxlu sayda elektronik vasitə ələ keçirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki