Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Türkiyənin BRİKS-ə üzvlük müraciətinə toxunub.
“Amerikanın səsi”nin türk xidmətinin sualına spiker belə cavab verib:
“ABŞ hesab edir ki, bütün ölkələr əlaqələr qurduqları ölkələri və qrupları seçə bilərlər. Planlarla bağlı sizi Türkiyə hökumətinə yönləndiririk”.
Dövlət Departamentinin sözçüsü Metyu Miller də BRICS-ə qoşulmaq üçün göndərilən rəsmi müraciətə toxunaraq, Türkiyənin müxtəlif məsələlərdə əməkdaşlıq etdiyi ABŞ üçün mühüm müttəfiq olaraq qaldığını qeyd edib. Rəsmi başqa şərh verməyib.
Onu da əlavə edək ki, Amerikanın “Bloomberg” qəzeti Türkiyənin BRİKS-ə üzv olmaq üçün bir neçə ay əvvəl müraciət etdiyi barədə xəbər dərc edib.