Vətəninfo.az xəbər verir ki, Türkiyə Gəlirlər Departamenti (GİB) 2023-cü il vergi dövrü üçün gəlir vergisi və təşkilatlar vergisi məlumatlarını açıqlayıb.
Onların qiymətləndirməsi nəticəsində Türkiyənin 100 ən böyük vergi ödəyicisinin siyahısı tərtib edilərək dərc edilib.
Müvafiq olaraq, Türkiyədə ən böyük vergini “Baykar” şirkətinin idarə heyətinin sədri, Səlcuq Bayraktar ödəyir.
Hesablamalara görə, 2023-cü ildə Bayraktara 1 milyon 952 milyon 680 min 474 lirə (təxminən 57,4 milyon dollar) vergi yığılıb.
Siyahıda ikinci yerdə 1,7 (təxminən 50 milyon dollar) milyard lirə ilə eyni şirkətin icraçı direktoru Haluk Bayraktar, üçüncü yerdə isə Koç Holdinqin prezidenti Mustafa Rəhmi Koç qərarlaşıb.