image-reklam-veteninfo
image-erdbackend

“Türkiyənin işlək təkərlərini heç kim dayandıra bilməyəcək”- Ərdoğan

image-reklam-veteninfo

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bütün sınaqlardan uğurla çıxan Türkiyəni heç kimin yolundan döndərə, işlək təkərlərini dayandıra bilməyəcəyini bir daha bəyan etdi.

Vətəninfo.az xəbər verir ki, sədri olduğu Ədalət və İnkişaf Partiyasının 22-ci ildönümü münasibətilə paylaşdığı videomüraciətündə R.T.Ərdoğan deyib: “AK Partiyanın yola çıxmasının 22-ci ilidir. Girdiyi hər seçkidə qalib gəldi. 31 mart 2024-cü ildə keçiriləcək yerli idarəetmə seçkilərinə də gecə-gündüz çalışaraq hazırlaşırıq.

6 Fevral zəlzələlərindən zərər çəkmiş şəhərlərin bərpası üçün Türkiyə 104 milyard dollarlıq yüklə üzləşdi. Bu ağır yükün altına girərkən heç kimin haqqına laqeyd qalmadıq və heç kimin ümidini cavabsız qoymayacağıq.

Bütün vətəndaşların rifah səviyyəsini daha da yüksəltmək üçün çalışırıq.

Ölkəmiz bir sıra çətinliklərdən keçib. Qaranlıq ssenarilərlə hazırlanan bütün ictimai hadisələr, iqtisadi tələlər, çevriliş cəhdi və terror hücumlarını birlik və həmrəyliklə aşdıq.

Qarşıya qoyulan məqsədlərə çatmaq üçün əzmlə çalışdıq.

Heç kim Türkiyəni müvəqqəti gündəmlərdə boğa, onu yolundan çıxara və iş təkərlərini dayandıra bilməyəcək”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki