image-turkkkbackend

Türkiyənin kənd təsərrüfatı sektoru ən yüksək ixracı reallaşdırıb

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Türkiyənin kənd təsərrüfatı sektoru 16 milyard 627 milyon dollarla cari ilin il yarısında bütün zamanların ən yüksək ixracı reallaşdırıb.

İlin ilk 6 ayında 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz artan kənd təsərrüfatı ixracı Türkiyənin ümumi ixracat satışlarında 15,4 faiz təşkil edib.

Kənd təsərrüfatında fəaliyyət göstərən 10 sektordan 3-ü ilk yarıda ixrac rekordları qırıb. Sözügedən dövrdə dənli bitkilər, paxlalılar, yağlı toxumlar və məhsullar, təzə meyvə-tərəvəz, zeytun və zeytun yağı sektorları bütün zamanların ən yüksək ixracını həyata keçirib.

Bu dövrdə dənli bitkilər, paxlalılar, yağlı toxumlar və onlardan hazırlanan məhsulların ixracı 5 milyard 510 milyon dollara, təzə meyvə-tərəvəz 1 milyard 697 milyon dollara, zeytun və zeytun yağının ixracı 559 milyon 881 min dollara çatıb.

Ölkələr üzrə birinci yarıda taxıl, paxlalı bitkilər, yağlı bitkilər və onlardan hazırlanan məhsullar İraqa 966 milyon 207 min dollar, təzə meyvə-tərəvəz sektoru Rusiyaya 498 milyon 393 min dollar, zeytun və zeytun yağı sektoru İspaniyaya 203 milyon 967 min dollarlıq ixrac reallaşdırıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki