image-1backend

Türkiyənin Suriyaya 4 şərti var: Əgər Dəməşq buna əməl etsə…

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrin məlumatına görə, Türkiyə tərəfinin Suriya ilə münasibətlərin normallaşması üçün 4 şərti var.

Qeyd olunur ki, 2011-ci ilə qədər mövcud olan ikitərəfli münasibətlərin bərpası üçün zəruridir.

1. Suriyanın ərazi bütövlüyünü və birliyini qorumaq üçün terrorçu ünsürlərin zərərsizləşdirilməsi.

2. BMT Təhlükəsizlik Şurasının qətnaməsi çərçivəsində Suriyanın öz xalqı ilə xalqının haqlı tələbi və gözləntiləri əsasında milli birliyinin təmin edilməsi.

3. Bununla əlaqədar təhlükəsiz və şərəfli qayıdış üçün lazımi şəraitin yaradılması.

4. Humanitar yüklərin maneəsiz hərəkəti.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl Suriya ilə münasibətləri normallaşdırmağa hazır olduğunu bildirməklə yanaşı, Suriya prezidenti Bəşər Əsədi də hər an Türkiyəyə dəvət etmişdi.

Daha sonra Əsəd buna müsbət cavab verib və həmçinin vurğulayıb ki, Türkiyə qoşunları Suriya ərazilərini tərk etməyənə qədər Suriya danışıqlara başlamayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki