Türkiyə dövlətinin Parisdə keçirilən Olimpiya oyunlarında qızıl medal əldə etməməsi hazırda qardaş ölkənin sosial media, TV və saytlarının əsas müzakirə məsələsidir. Əlbətdə, könül istər ki, Türkiyə bütün idman sahələrində qalib olsun, ancaq bu idmandır..Baxmayaraq ki, Türkiyənin hazırda qızıl medalı yoxdur. Amma dünyanı fəth edən qızıl insanı -Yusif Dikçesi var. Tarix bu olimpiada oyunlarını yadda yazı olaraq saxlayacaq, amma Yusif tarixin qəhrəmanı olaraq əbədiləşən şəxs oldu.
Bir tarixi faktı xatırlatmaq istərdim. Napoleon Bonapart Rusiya səfərində məğlub olub geri çəkiləndən sonra müttəfiq orduları Parisi sülh imzalamağa məcbur etdi. Bu işdə isə məğlub ölkəni təmsil edən dünyanın ən güclü diplomatlarından biri Taleyran idi. Fransanın XİN- i məğlub olaraq itirəcəyi çox şeylərin olduğuni bilirdi. Lakin tarixdə qalmaq üçün bir qeyri adi gediş etməli idi. Rəssamlar Vyana görüşünü yaddaşlarda saxlamaq üçün böyük bir rəsm əsəri yaratdılar. Rəsm sonradan tarixdə Taleyranın böyük diplomat olmasını bir daha təsdiq etdi. Rəsm belə idi : Qalib müttəfiq ordusunun başında Rusiya çarı Aleksandr 1 və digərləri 1815-ci il iyunun 15-də Vyana konqresinin son iclasının keçirildiyi zala daxil olurlar. Bütün hamı Aleksandr 1 baxır amma zalın ortasında hamının əhatəsində kresloda Taleyran oturub.
Bu rəsm nə qədər məğlub olursan ol, yenə də mərkəzdə Fransa və Taleyranın olmasını dünyaya mesaj kimi verdi və bu gündə Aleksandr 1 və digərləri az xatırlansa da, hər dəfə bu rəsmə baxanda Taleyranın necə möhtəşəm olmasını görürlər.
Yusif Dikçe də dünya tarixində bu cürə qaldı..Türkiyə qızıl medal əldə etmədi amma hazırda bütün dünya Türkiyədən danışır və onunla ünsiyyətdə olmaq üçün sosial mediadan izlədiyim qədər çox xarici vətəndaş Türk dilini öyrənməyə çalışır…İlon Mask kimi adam belə Türkiyəyə gəlib şəxsən müasir tarixin qeyri adi qəhrəmanı ilə görüşmək istəyir.
Bilirsiniz bu nədir ? Türkiyə dünyaya göstərdi ki, Sizlər planlı, hesablı işlər görə bilərsiniz amma bir Türk çıxar və bütün planları pozub tarixi yenidən yazar….
Şəxsən qürur duyuram Yusif Dikçe ilə..
Zaur Əliyev