image-1backend

Türkiyənin ümidinə qalan Qərb və yaxud Papanın niyyəti…

image-reklam_sirab_01

Dünya ədalət üzərində qurulmayıb. Heç hegemon dövlətlər də ədalət prinspinə riayət etmirlər. Dünya ədalətlinin yanında deyil, güclünün yanındadır. İsrail – Fələstin savaşı, Rusiya – Ukrayna savaşı buna bir daha sübutdur. Elə bir neçə gün öncə Roma Papası Fransiskin Ukrayna ilə bağlı dedikləri buna sübutdur. Papa Ukraynaya verdiyi tövsiyyə yox, sanki ismarıc idi.: “İnsanları düşünən, ağ bayraq qaldırıb danışıqlar aparmağa cəsarəti çatan güclüdür. Bu gün beynəlxalq qüvvələrin köməyi ilə danışıqlar aparmaq olar”.

Təbii ki, Ukrayna ilə bağlı bu bəyanat təkcə Roma Papasının humanist impulsları ilə bağlı ola bilməzdi və ya ayrı-ayrı din xadiminin fikri kimi, ilk növbədə Ukrayna tərəfinin əziyyət çəkdiyi Ukraynada qardaş qırğınını dayandırmaq kimi konkret məqsəd güdür.

Bəs niyə birdən-birə Qərbin ruhani lideri belə bir bəyanat verdi? Bəlkə də Qərb Ukrayna cəbhəsində “tupik”də olduqları fikri ilə barışmağa başlayıb ki, bu da Roma Papasının ağzından çıxıb.

Mənə elə gəlir ki,  Papanın bəyanatı mənəvi çağırışdır, Qərbin mənəvi lideri qardaş qırğınının qanlı müharibəsinin dayandırılmasına töhfə verməyi özünə borc bilirdi. Əslində, belə çıxır ki, Ukrayna heç kimin qalib gəlməyəcəyi müharibədə üçüncü tərəfə qurban verilib, üstəlik, Ukraynanın belə bir şansı yox idi, əksinə, elə bir vəziyyətə düşmüşdü ki, onun əli ilə parçalana bilər. Paralel olaraq ABŞ prezidenti Co Bayden amerikalı əsgərlərin  Rusiyaya qarşı müharibədə iştirak etmək üçün Ukraynaya göndərilməyəcəyini, lakin Rusiyaya qarşı döyüşmək üçün silah verməklə Ukraynanı dəstəkləməyə davam edəcəklərini açıqlayır.

Ukrayna prezidenti Zelenski də müharibənin davam etdirilməsinin tərəfdarı olduğunu bildirib və o, Papanın yuxarıda qeyd olunan bəyanatını “2500 km məsafədən” təzahür edən “virtual dəstək” kimi qiymətləndirib. Kollektiv Qərbdən gələn bəyanatları diqqətlə izləməklə deyə bilərik ki, hər şey plana uyğun getməyib, indi nəsə dəyişib. Axı, Ukrayna hərbçilərinin gözlədiyi və həqiqətən cəbhədə fərq yaradan Ukraynaya vəd edilmiş silah və aviasiya tədarükü reallaşmır.

Bir sözlə Qərb və ABŞ faktiki olaraq Rusiyanın təzyiqi qarşısında geri çəkilməyə başlayır. Artıq həm Qərbdə, həm də ABŞ-da anlamağa başlayırlar ki, Ukraynaya vəd edilən silahları göndərmək reallıqda sərf etmir.

Bunun əvəzində regionda Türkiyənin sürətlə güclənməsini və böyük güc mərkəzinə çevrilməsinə maneə olmaq istəyirlər. Amma nə ABŞ, nə də Qərb dövlətləri Türkiyənin qarşısını ala bilmirlər. Bir sözlə  bu gün Türkiyə Ukrayna -Rusiya, Fələstin İsrail münaqişəsində ən real vasitəçi missiyasını qorumaqla öz güc mövqeyini ortaya qoymuş olur. İndi bu savaşı dayandıran istənilən ölkə regionun əsas söz sahibi olacaq. Hadisələr onu göstərir ki, artıq həm ABŞ, həm də Qərb Türkiyənin ümidinə qalıb.

Qoşqar Salmanlı

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki