image-reklam-veteninfo
image-1backend

Türkiyənin Xarici işlər naziri Misirə gedir

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, Türkiyənin Xarici işlər naziri Hakan Fidan Misirin xarici işlər naziri Samih Şükrinin dəvəti ilə oktyabrın 13-14-də Misirə rəsmi səfər edəcək.
Fidanın Misir səfəri ilə bağlı Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada “Nazirimiz Misirin xarici işlər naziri Samih Şükrinin dəvəti ilə 13-14 oktyabr 2023-cü il tarixlərində Misirə rəsmi səfər edəcək” deyilib.

Açıqlamada bildirilib ki, görüşlər çərçivəsində Türkiye ilə Misir arasında əlaqələrin bütün aspektləri müzakirə olunacaq, aktual regional hadisələr və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki