image-reklam-veteninfo
image-1backend

Türkiyəyə məxsus 3 gəmi Hörmüz boğazından keçdi

image-reklam-veteninfo

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdülkadir Uraloğlu Hörmüz boğazı ilə bağlı son vəziyyəti açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, nazir sosial media hesabında paylaşdığı məlumatda bildirib ki, Türkiyəyə məxsus “Ocean Thunder” gəmisi ötən gecə Hörmüz boğazından təhlükəsiz şəkildə keçərək Körfəzdən çıxıb. Onun sözlərinə görə, bununla da müharibənin başlanmasından bu yana bölgədə gözləyən 3 Türkiyə gəmisinin boğazdan təhlükəsiz çıxışı təmin olunub.

Uraloğlu qeyd edib ki, Nazirlik bölgədə baş verən hadisələri yaxından izləyir və Türkiyəyə məxsus gəmilər ilə dənizçilərin vəziyyəti real vaxt rejimində nəzarətdə saxlanılır. O vurğulayıb ki, Xarici İşlər Nazirliyi ilə koordinasiyalı şəkildə aparılan işlər nəticəsində İraqdan yüklənmiş xam neft daşıyan və Malayziyaya istiqamətlənən gəminin keçidi uğurla baş tutub.

Nazirin sözlərinə görə, son keçiddən sonra Hörmüz boğazı ətrafında Türkiyəyə məxsus gəmilərin sayı 12-yə enib, bölgəni tərk etmək istəyən gəmilərin sayı isə 8 olaraq qalır.

Uraloğlu əlavə edib ki, hazırda bölgəni tərk etmək istəyən 8 gəmi və 156 nəfər heyətin təhlükəsiz şəkildə çıxarılması üçün tədbirlər davam etdirilir. O bildirib ki, aidiyyəti qurumlarla birlikdə Türkiyəyə məxsus gəmilərin və türk dənizçilərin təhlükəsizliyi diqqət mərkəzində saxlanılacaq.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki