Vətəninfo.az xəbər verir ki, Tehran Prokurorluğu “Şərq” qəzetinin tanınmış karikaturaçısı Hadi Heydəriyə cinayət işi açıb. Buna səbəb onun İran prezidenti Məsud Pəzeşkiyanla bağlı yayımladığı karikaturanın təhqiramiz məzmun daşımasıdır.
Hadisədən sonra Heydəri şəxsi “Telegram” kanalında açıqlama yayaraq, karikaturanın yanlış anlaşıldığını bildirib. Onun sözlərinə görə, həmin karikatura parlamentə təqdim edilmiş qanun layihəsinin tənqidinə həsr olunub və məqsədi prezidentə qarşı deyil, siyasi prosesə diqqət çəkmək idi.
“Bu addım bəzi şəxslər tərəfindən düzgün başa düşülməyərək sui-istifadəyə səbəb oldu. Məhz bu səbəblə karikaturanı sosial media hesablarımdan sildim”, – deyə o, bildirib.
Rəssamın açıqlamasına baxmayaraq, məsələ ictimai və hüquqi səviyyədə müzakirə olunmağa davam edir.