image-reklam-veteninfo
image-1backend

Türkmənistan Avropaya təbii qaz tədarük etməyə hazırdır

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, Türkmənistan təbii qazın tədarükü sahəsində Avropa ölkələri ilə sıx əməkdaşlığa hazırdır .

Berdiməhəmmədov qeyd edib ki, Avropanın enerji bazarı dünyada ən böyük bazarlardan biridir və Aşqabadın Aİ ilə əməkdaşlığı hər iki tərəf üçün faydalıdır.

“Türkmənistan təbii qaz tədarükü ilə bağlı avropalı tərəfdaşlarla yaxından işləməyə hazırdır”. “Bu istiqamətdə görülən tədbirlərdən biri Transxəzər marşrutunun reallaşdırılmasıdır”, – o bildirib.

Berdiməhəmmədov əlavə edib ki, Aşqabad və Brüsseldə mütəmadi olaraq parlamentlərarası görüşlər keçirilir ki, bu da ikitərəfli əlaqələrin dərinləşməsinə töhfə verir. O, həmçinin qeyd edib ki, Türkmənistan insan haqları dialoqu çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirmək niyyətindədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki