“Beşmərtəbə” Bakıda tikilən ilk müasir tipli beş mərtəbəli binadır. Bu bina Bakının mərkəzində – “Füzuli” meydanında, Cəfər Cabbarlı küçəsi ilə Füzuli küçəsinin kəsişməsində yerləşir. Binanın yerləşdiyi həmin ərazi bu günə qədər “Beşmərtəbə” adı ilə tanınır.
Əvvəllər Quba meydanı adlandırılan indiki Füzuli meydanı şəhərin ən vacib ticarət və nəqliyyat mərkəzlərindən idi. Bazarnı (H.Hacıyev küç.) və Şamaxı yolu (C.Cabbarlı küç.) kəsişmələrində olan bu meydana həm Voronsovski (Islam Səfərli küç.) və Sitsiyanski (Təbriz Xəlilbəyli küç.) küçələri də açılırdı. Burda çox saylı dükanlar, anbarlar və səyyar satıcılar var idi. İndiki şahmat məktəbinin yerində dəvə tövləsi var idi. İndiki “Beşmərtəbə” kimi bilinən binanın yerində isə Abbasqulu Bakıxanovun qızı Töhrə xanıma məxsus olan karvansara var idi. Bu karvansaraya Xanım Karvansarası deyirdilər. Xüsusilə tiryək alveri və tiryək çəkməyə məxsus otaqları ilə məşhur idi. XX əsrin əvvələrinə qədər bura gələn narkotik aludəçiləri üçün tamam sakit otaqlar hazırlamış idilər. Bura gələnlər qəlyanda narkotik çəkirdilər və onların süfrəsində şərq şirniyyatları və çay qoyulurdu. Narkotikin vaxtının uzun çəkməsi üçün bu şirniyyatdan yeyirdilər. Xanım Karvansarayında bir balaca səs küy olan kimi (məsəl üçün qab yerə düşəndə, qapını möhkəm döyəndə) narkotik çəkənlərin əhvalı pozulurdu və onlar ayılan kimi dava salırdılar. Buna görə bu karvansaray ciddi səs küydən qorunurdu və hər kəs də bura girə bilmirdi. Buranın xüsusi müştəriləri var idi.
Bu ərazinin önəmli olmasını əhəmiyyətli edən amillərdən biri də bir mərtəbəli karvansaranın qarşısında (təxminən indiki Füzuli heykəlinin yerində) şəhərin əsas su mənbələrindən olan yeraltı bulaqlar var idi. Səkkiz metrə dərinlikdə olan bu bulaqlardan İçəri Şəhərə xüsusi Hüseyquluxan kərgizi (su kəməri) çəkilmişdi. Daha sonralar burdakı bütün tiryəkxanalar söküldü, bazar dağıdılaraq burda park salındı və nəhayət karvansara xarabalığı yerində “Beşmərtəbə” kimi bilinən bina tikildi.
Əvvələr binanın görkəmi adi idi. Amma 2008-ci ildə burda təmir gedir, yaşayış binasında bu işlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən görülmüşdür. Bərpa işlərində dam örtüyü üçün 3720 kvadratmetr dəmirdən, 5600 kvadratmetr üz daşından, 730 kvadratmetr dəmir məhəccərdən, 1000 kvadratmetrdən çox kronşteyndən və 1400 kvadratmetr karnizdən istifadə olunmuş, balkonlar tamamilə yenidən qurulmuşdur. İtaliya mütəxəssisləri ən müasir işıqlandırma sistemi quraşdırmışlar.
Və…Bina təmir olunandan sonra onun üzərində Yəhudi-Xrtistan-İslam elementləri olan əlavələr edilmişdir. Fikir verin qübbələrə: sinaqoq-kilsə-məscid formasındadır. Kimlər edib bunu? Maraqlıdır. Üç Alovu ərəblərin qədim bütləri əl-Lat, əl-Uzza, Manat (ərəblər bu bütlərə “Bənətilləh il-səlasə” yəni Allahın üç qızı adını vermişdirlər) xatırladan tikilsi və sairənin memarları niyə belə ediblər?
Uzun zamandır bu üç dinin birləçib vahid din yaradılması üzərində iş gedir. Hətta Berlində dünyada ilk ümumi ibadət evinin tikilməsi üçün hazırlıq işlərinə başlanıb.
“House of One” (“Tək olanın evi”) adlanan bu mərkəzdə eyni zamanda həm yəhudilər, həm müsəlmanlar, həm də xristianlar ibadət edə biləcəklər.Onlar bunu əsaslandırlar ki, keçmişdə də fərqli dinlər eyni binalardan ibadət yeri kimi istifadə ediblər. İspaniyanın cənubundakı məscidlər xristianların qələbəsindən sonra kilsəyə çevrililb. Türkiyədə isə kilsələr məscidə çevrilib.
Ehtimala görə Bakıda təmir edilən Beşmərtəbədə bu memarlıq əlavələrin olması subliminal mesajdır və üç dinin birləşdiyi ilk şəhərlərdən biri də bura olacaq.
“Beşmərtəbə” ərazisində memarlara görə qırmızı xətti keçir. Gələcəkdə şəhər planlaşması ilə məşğul olan memarlar qərar qəbul edərlərsə, həmin binanın da yerini dəyişmək olar. Lakin kimlərsə izn vermir bu binanın tərpənməsinə, sökülməsinə….
Zaur Əliyev, dosent