ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns deyir ki, yaxın həftələrdə Yaxın Şərqdə münaqişənin regional miqyasda daha da kəskinləşməsi real təhlükəsi var.
Corciya ştatının Sea Island şəhərində keçirilən “Cipher Brief Threat” konfransında çıxış edən Börns bildirib ki, həm İsrail, həm də İran liderləri genişmiqyaslı müharibəyə can atmasalar da, eskalasiya riski yüksəkdir.
“Biz ciddi nəticələrə səbəb ola biləcək gözlənilməz toqquşmaların və anlaşılmazlıqların potensialını görürük” – “Bloomberg agentliyi yazır”, – ABŞ üçün ən vacib vəzifənin vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq olduğunu söyləyib.
Börns həmçinin qeyd edib ki, İsrailin İranın raket hücumuna necə cavab verməsi ilə bağlı qərarının qlobal bazarlar da daxil olmaqla mühüm nəticələri olacaq.