image-1backend

Ukrayna  ABŞ  raketləri ilə Rusiyanı vurdu

image-reklam_sirab_01

Ukrayna silahlı qüvvələri bu gecə Rusiya Federasiyasının Bryansk vilayətində bir obyekti Amerika istehsalı olan altı ATACMS raketi ilə vurub. Vətəninfo.az xəbər verir ki , bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu gün saat 3:25-də düşmən 6 ballistik raketlə Bryansk vilayətində obyekti vurub. “Təsdiq olunmuş məlumatlara görə, Amerika istehsalı olan ATACMS operativ-taktiki raketlərindən istifadə edilib”, – məlumatda deyilir.

İdarənin məlumatına görə, beş raket vurulub, biri zədələnib.

Bryansk vilayətindəki hərbi obyektlərdən birinin texniki hissəsinə düşən raketin parçaları yanğına səbəb olub və tezliklə söndürülüb. Məlumata görə, tələfat və dağıntı yoxdur.

Ukrayna isə öz növbəsində Rusiya ərazisində, təxminən 110 km aralıda yerləşən Rusiya silah anbarını vurduğunu və ikinci dərəcəli partlayışlara səbəb olduğunu bildirdi. “Reuters”in məlumatına görə, Ukrayna tərəfi hansı silahlardan istifadə etdiyini dəqiqləşdirməyib. 

Zərbələr Rusiya-Ukrayna müharibəsinin 1000-ci günündə həyata keçirilib. Noyabrın 19-u axşam Ukraynada şam yandırma mərasimləri planlaşdırılır. 

ATACMS 306 km mənzilli Amerika yer-yer tipli ballistik raketdir. Noyabrın 18-dən mediada ABŞ prezidenti Co Baydenin Ukrayna hərbçilərinin Rusiya ərazisinə zərbələr endirmək üçün ATACMS raketlərindən istifadəsinə icazə verməsi barədə xəbərlər yayılıb ki, bu da Kremlin fikrincə, Vaşinqtonun Ukraynada davam edən münaqişədə iştirakının yeni səviyyəsi deməkdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image