Ukrayna Avropa İttifaqı ilə təhlükəsizlik məsələlərinə dair ümumilikdə 17 ikitərəfli saziş imzalayıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə Euractiv saytı Ukrayna rəsmilərinə istinadən xəbər verir.
Onların məlumatına görə, yaxın aylarda Kiyev bəzi Qərb ölkələri ilə daha bir neçə analoji saziş imzalayacaq.
Bundan əvvəl Aİ-nin yüksək rütbəli rəsmisi Brüsseldə jurnalistlərə bildirmişdi ki, Brüsseldə keçiriləcək Aİ sammiti çərçivəsində Avropa İttifaqı və Ukrayna Kiyev üçün təhlükəsizlik zəmanətləri haqqında saziş imzalayacaq.