image-3333333backend

Ukrayna Baxmutun bir hissəsini azad edib – Ukrayna Müdafiə Nazirliyi

image-reklam_sirab_01

Mayın 18-də axşam saatlarında Ukrayna silahlı qüvvələri Donetsk vilayətinin Baxmut şəhərinin cənub-qərb hissəsini nəzarətə götürüb. Vətəninfo.az xəbər verir ki, bu barədə  Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.

Malyar Ukrayna hərbçilərinin şimalda ayrı-ayrı ərazilərdə 500 metr irəliləməsindən də danışıb.

“Cənubi Baxmutun ətraflarında gün ərzində şiddətli döyüşlər gedirdi. Ruslar hücuma keçdilər və itirilmiş əraziləri geri qaytarmağa çalışdılar, lakin itki verdilər və tapşırıqlarını yerinə yetirə bilmədilər. Bəzi bölgələrdə Ukrayna qoşunları 1 km irəliləyib”, – deyə Malyar bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki