image-image_750x_64909a6f5a5dabackend

Ukrayna Belarusu təcavüzkar ölkə elan edir

image-reklam_sirab_01

Ukrayna Ali Radası Belarusu təcavüzkar ölkə kimi tanıyan qətnamə layihəsini qeydə alıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə Ukrayna parlamentinin deputatı Yaroslav Yurçişin Telegram kanalında məlumat verib.

“Mən Radadakı həmkarlarımla birlikdə Belarusun təcavüzkar ölkə kimi tanınması ilə bağlı qətnamə layihəsini qeydə almışam.

Bu addım Belarus rejiminin məsuliyyətə cəlb edilməsi və Ukraynanın qarşıdakı təzminatları üçün lazımdır”, – bəyanatda deyilir.

Yurçişin sanksiyaların hüquqi müstəvidə qüvvəyə minməsi üçün belə bir tədbirin zəruri olduğunu da qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki