image-1backend

Ukrayna Belqorodu VURDU: 12 nəfər HƏLAK OLDU

image-reklam_sirab_01

Rusiyanın Belqorod şəhərinin Ukrayna silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində yaşayış binası dağılıb.

Vətəninfo.az  Rusiya Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 12 nəfər ölüb.

Vilayətin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, şəhərin atəşə tutulması zamanı 20-dən çox insan yaralanıb. Onlardan beşi axşam saatlarında baş verən atışma nəticəsində xəsarət alıb.

Bildirilib ki, “Toçka-U” raketi ilə vurulan onmərtəbəli bina çökmə təhlükəsi ilə üz-üzədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki