image-1backend

Ukrayna  Britaniyanın  raketləri ilə Rusiya ərazisini vurdu- Bloomberg

image-reklam_sirab_01

Ukrayna ilk dəfə olaraq Britaniyanın uzaqmənzilli “Storm Shadow” raketlərini Rusiya ərazisinə buraxıb. Vətəninfo.az xəbər verir ki , bu barədə noyabrın 20-də adı açıqlanmayan qərb rəsmisinə istinadən Bloomberg agentliyi məlumat yayıb.

London rəsmi olaraq bu məlumatı təsdiqləməyib. Böyük Britaniyanın baş naziri Keir Starmerin sözçüsü onun ofisinin bu cür xəbərlərə münasibət bildirməyəcəyini deyib.

Britaniya daha əvvəl bildirib ki, Kiyev Ukrayna ərazisində “Storm Shadow” qanadlı raketlərindən istifadə edə bilər, lakin Britaniya hökuməti bir neçə aydır ki, ABŞ-a onların Rusiyanın dərinliklərindəki hədəfləri vurmaq üçün istifadəsinə icazə vermək üçün təzyiq göstərir.

Öz növbəsində, BBC bildirir ki, “Storm Shadow”un istifadəsi ilə bağlı xəbərlər aydın deyil, lakin çox güman ki, Ukrayna bu raketlərin istifadəsini Ukrayna qüvvələrinin hələ də öz mövqelərini qoruduğu Rusiya Federasiyasının Kursk bölgəsi ilə məhdudlaşdırıb. 

BBC müxbiri Pol Adamsın sözlərinə görə, “Storm Shadow” kifayət qədər güclü raketdir və bunkerləri böyük dəqiqliklə dələ bilər. Nəzərə alsaq ki, Ukrayna yaxınlığında bu raketlərin sayı çox deyil, hədəf çox diqqətlə seçilməlidir, dövri nəşr əlavə edir. 

Bundan əvvəl mətbuatda ABŞ prezidenti Co Baydenin Kiyevə Amerikanın ATACMS uzaqmənzilli raketləri ilə Rusiyanın dərinliklərini vurmağa icazə verməsi barədə məlumat yayılmışdı. Bu açıqlamadan sonra Kreml bildirib ki, bu, Vaşinqtonun Ukraynada davam edən münaqişədə iştirakının yeni səviyyəsi demək olacaq. 

Noyabrın 19-da isə Rusiya bəyan edib ki, Ukrayna silahlı qüvvələri Rusiya Federasiyasının Bryansk vilayətində yerləşən obyekti altı Amerika istehsalı olan ATACMS raketləri ilə vurub. 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image