image-1backend

Ukrayna bu dəfə Voroneji dronlarla VURDU

image-reklam_sirab_01

Avqustun 7-nə keçən gecə Voronej vilayəti Ukraynaya məxsus pilotsuz təyyarələrin hücumuna məruz qalıb, onlardan ikisi Voronejə çatıb, lakin hava hücumundan müdafiə və radioelektron müharibə vasitəsi ilə vurulub. Vətəninfo.az xəbər verir ki, bu barədə qubernator Aleksandr Qusev bildirib.

“Bir pilotsuz uçuş aparatı Beryozovaya roşça küçəsində yerləşən yaşayış evinin yuxarı mərtəbələrinin fasadına yıxılaraq zədələnib. Bir pilotsuz təyyarənin parçaları Lenin prospektinə düşüb. Yaşayış binasında bir neçə mənzilin şüşələri sındırılıb, avtomobillərə də ziyan dəyib”, – Qusev Telegram kanalında yazıb.

Onun sözlərinə görə, hücum nəticəsində xəsarət alan olmayıb, fəsadlar müəyyənləşdirilir. Qubernator vətəndaşları onlara yaxınlaşmamağa və pilotsuz təyyarələrin fraqmentləri tapdıqda səlahiyyətlilərə məlumat verməyə çağırıb.

Voronejə hücum edən pilotsuz uçan aparatlarda silah olub, Shot telegram kanalı yazıb. Yerli sakinlərin sözlərinə görə, maşınlardan birinə dəyən kiçik dəmir toplar da tapıblar.

Rusiya Federasiyasının Müdafiə Nazirliyi Voronej vilayətində iki pilotsuz təyyarənin məhv edildiyini qeyd edib. İki pilotsuz təyyarə Belqorod vilayətində, dördü Kurskda və ikisi Rostov vilayətində vurulub.

Kursk vilayətinin Suja şəhərində Ukraynaya məxsus pilotsuz uçan aparat təcili yardım maşınının üzərinə düşüb, sürücü və feldşer həlak olub, qubernator vəzifəsini icra edən Aleksey Smirnov bildirib. Onun sözlərinə görə, hücum zamanı həkim də yaralanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki