Ukrayna ordusu Rusiya Federasiyasının Kursk vilayətində irəliləməyə davam edib, bəzi yaşayış məntəqələrini ələ keçirib. Rusiya ordusu isə Xarkov vilayətində Svatovoy, Seversk və Çasov Yar məntəqələrini ələ keçirib. Vətəninfo.az xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutu (ISW) məlumat yayıb.
Ukrayna qüvvələri Kursk bölgəsində, xüsusən də Veselinin şərqində irəliləyib .
Ukrayna qüvvələri Lyubimovka, Obuxovka (Korenevonun cənub-şərqi və Snaqostun şərqi), Kremennoye (Korenevonun şərqi) və Borki (Sudzanın cənub-şərqi) yaxınlığında hücuma keçib.
Sentyabrın 19-da çəkilmiş əlavə peyk görüntüləri, sentyabrın 18-də Ukraynanın pilotsuz uçan aparatının zərbəsindən sonra Tver vilayətinin Toropka şəhərində Rusiya Müdafiə Nazirliyinin Raket və Artilleriya Baş İdarəsinin Arsenal 107-yə atəşin davam etdiyini göstərir.