image-222backend

Ukrayna bu tarixdə əks-hücuma başlayacaq – Kirill Budanov

image-reklam_sirab_01

Ukrayna silahlı qüvvələri yaxın gələcəkdə başlayacaq əks-hücum üçün lazım olan minimum silahlara malikdir. Vətəninfo.az xəbər verir ki, bu barədə Yaponiyanın NHK telekanalına müsahibəsində Ukrayna Müdafiə Nazirliyinin baş kəşfiyyat idarəsinin rəisi Kirill Budanov bildirib.

“Bizim artıq minimum lazımi silahlarımız var. Yalnız onu deyə bilərəm ki, [əks-hücum] yaxın vaxtlarda başlayacaq”, – Budanov bildirib.

Eyni zamanda o bəyan edib ki, əməliyyatları uğurla davam etdirmək üçün Ukrayna ordusuna hələ də çoxlu silah, döyüş təyyarələri və sursat ehtiyatı lazımdır.

“Bizə daha çox silah lazımdır” deyən Ukrayna Müdafiə Nazirliyinin rəsmisi beynəlxalq ictimaiyyətin onun ölkəsinə kömək etməyə hazır olduğuna ümid etdiyini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki