image-image_750x_66439b951399fbackend

Ukrayna çətin günlər yaşayır – Blinken

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski ABŞ dövlət katibi Entoni Blinkenlə görüşündə Xarkov və regionu qorumaq üçün əlavə iki “Patriot” zenit-raket kompleksinə ehtiyac olduğunu bildirib.
Zelenski qeyd edib ki, hava hücumundan müdafiə sistemi “ölkə ordusu üçün ən böyük çatışmazlıq və ən böyük problemdir”.

“Hazırda Xarkov və bölgə üçün həqiqətən iki Patriota ehtiyacımız var, çünki oradakı insanlar hücuma məruz qalır və onlar bundan çox narahatdırlar” dedi.

Blinken öz növbəsində qeyd edib ki, Ukrayna hazırda “çətin günlər” yaşayır, lakin ABŞ-da razılaşdırılmış yardım “indi yoldadır” və bəzi müdafiə ləvazimatları da çatdırılacaq.

ABŞ dövlət katibi əmindir ki, bu yardım Ukrayna üçün Rusiya təcavüzünə qarşı mübarizədə böyük əhəmiyyət kəsb edəcək. “Biz də Ukraynanın bir çox digər tərəfdaşları kimi sizin döyüş meydanında uğur qazanacağınıza qərarlıyıq”, – o vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki